“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək
“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin “Galaxy S10” smartfonunun 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim ediləcəyini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bölmə rəhbərinin sözlərinə görə, lakin smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləməyəcək.
“5G” şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, - o qeyd edib.
Bildirilir ki, şirkət müstəsna olaraq “5G” şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.
“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona “5G” şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.
Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. “Note” müstəqil qurğu olaraq qalacaq”, - bölmə rəhbəri deyib.
Şirkət təmsilçisi onu da əlavə edib ki, “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində deyil.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL