Avropa İttifaqı sosial şəbəkələrdə məzmunun silinməsi qaydalarını sərtləşdirib
Avropa İttifaqı terrorizmi dəstək xarakterli məzmunun silinməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. Bu haqda “Financial Times” qəzeti yazır.
“ICTnews” Elektron Xəbər Xidməti gazeta.ru saytına istinadən yazır ki, məsələn, Avropa İttifaqı “Facebook”, “YouTube” və “Twitter” daxil olmaqla sosial şəbəkə platformalarında daha sərt qaydaların tətbiqini planlaşdırır. Yeni qaydalar sosial şəbəkələrdə yerləşdirilmiş terrorizmə dəstək xarakterli mesajların silinməsini tənzimləyir.
Gələn ay elan ediləcək Avropa İttifaqının yeni qaydalarına uyğun olaraq, terrorizmə dəstək xarakterli məzmunun dərc edilməsindən 1 saat sonra onu silmək lazım gələcək, əks təqdirdə media platforması cərimələnəcək.
Beləliklə, Avropa İttifaqı əvvəlki yanaşma üsulundan (sosial şəbəkə platformaları belə məzmunu könüllü şəkildə silmək imkanına malik idilər) tamamilə imtina edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL