“Alibaba” süni intellekt əsasında səsin tanınması sisteminin sınaqlarına başlayıb
Çinin “Alibaba” internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması sistemini sınaq rejimində istifadəyə verib. Bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, yeni xidmət "qadağan edilmiş məzmunu (həmçinin pornoqrafik xarakterli) izləmək və müəyyənləşdirmək qabiliyyətinə malikdir". Sistem səsli mesajı skriptə çevirir və sonuncu açar sözlərlə (qeyri-normativ və pornoqrafiya ilə bağlı sözlər bazası) müqayisə edilir.
Tərtibatçının sözlərinə görə, sistem həm onlayn, həm də oflayn rejimdə işləyir.
Yeni xidmətin sentyabrda istifadəyə verilməsi gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL