waplog

“Aeolus” peyki Yerdə iqlimi tədqiq edəcək


Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) Yer kürəsində iqlimin tədqiqi ilə məşğul olacaq “Aeolus” peykini uğurla orbitə çıxarıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, peyk orbitə Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan start götürən yüngül sinifli “Vega” raketdaşıyıcısı vasitəsilə çatdırılıb.  

Avropa Kosmik Agentliyinin məlumatına görə, yeni orbital aparat planetdə küləyin sürətinin ölçülməsi üçün inqilabi lazer texnologiyalarından istifadə edəcək və atmosferin iş prinsipinin öyrənilməsində əsas rol oynayacaq. Bundan başqa, alimlər ümid edir ki, peyk Yer kürəsində havanı daha dəqiq proqnozlaşdırmağa imkan verəcək. Peykin fəaliyyətinə nəzarət agentliyin Almaniyanın Darmştat şəhərində yerləşən Avropa Uçuşların İdarəetməsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun öyrənilməsi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. “ESA” 22 daimi üzvdən ibarətdir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.   

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL