waplog

“Samsung Galaxy Note 9” smartfonu satışa çıxarılıb


“Samsung Electronics” şirkəti bu gün qabaqcıl “Galaxy Note 9” smartfonunun beynəlxalq miqyasda satışlarına başlayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, avqustun 24-dən etibarən 56 regionda satışa çıxarılan “Galaxy Note 9” smartfonunu ilkin olaraq Cənubi Koreya, ABŞ, Kanada, Çin, Hindistan, Avropa və Cənub-Şərqi Asiya ölkələrinin sakinləri əldə edə biləcəklər.

Qeyd edək ki, ekran diaqonalı 6,4 düym təşkil edən yeni model “Galaxy” istehsal xəttində ən güclü – 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Bildirilir ki, smartfon “microSD” kartlarını dəstəkləyir ki, bu da qurğunun yaddaşını 1 terabaytadək artırmağa imkan verir. Bundan əlavə, yeni “S Pen” stilusu “Bluetooth Low-Energy” (BLE) texnologiya dəstəyi ilə təchiz olunub. İlin sonunadək genişləndirilmiş “S Pen” funksiyaları ilə işləyən əlavələrin sayının artırılacağı gözlənilir. 

Qabaqcıl smartfonun əsa kamerasının təsvir ölçüsü 12 meqapiksel, ön kamerasının isə 8,5 meqapiksel təşkil edir. Həmçinin qurğuya foto elementlərinin müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyaları quraşdırılıb. 

Smartfon “S Pen” stilusu ilə birlikdə qara, bənövşəyi və mis rənglərində təklif edilir. 128 giqabaytlıq versiyanın pərakəndə satış qiyməti 999.99 dollar, 512 giqabaytlığın isə 1,249.99 dollar təşkil edəcək.

Nizam Nuriyev  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL