“Oppo” şirkəti “5G” şəbəkəsini dəstəkləyən ilk smartfon buraxmaq niyyətindədir
Çinin "Oppo" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfon istehsalçısı olmaq niyyətindədir. Şirkətin rəsmi nümayəndələri tərəfindən indiyədək müvafiq planlar barədə açıqlamalar verilsə də, bu dəfə internetdə konkret informasiya dərc edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, "5G" şəbəkəsinin mənimsənilməsi ilə bağlı bəyanatla şirkətin vitse-prezidenti Şen Yiren çıxış edib. O bildirib ki, hazırlıq mərhələlərinin uğurla başa çatması ilə əlaqədar olaraq "Oppo" brendli ilk "5G" smartfonu 2019-cu ildə təqdim olunacaq. Yeni qurğunun nümayişi növbəti ilin birinci yarısına nəzərdə tutulur.
Xatırladaq ki, bir müddət əvvəl internetdə "Oppo" və "Qualcomm" şirkətləri arasında qurulan tərəfdaşlıq barədə məlumatlar yayılıb. Tərəfdaşlıq sazişinin şərtlərinə görə, "Qualcomm" beşinci nəsil rabitə şəbəkəsi üçün lazım olan prosessorların tədarükünü təmin edəcək.
"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL