waplog

Azərbaycan vətəndaşları sənədləri internet vasitəsilə ala biləcəklər


Azərbaycan vətəndaşları bütün lazımi sənədləri internet vasitəsilə ala biləcəklər.
Ədliyyə Nazirliyindən bildirilib ki, vətəndaşlar elektron imza aldıqdan sonra ədliyyə sahəsindəki bütün əməliyyatları internet vasitəsilə apara biləcəklər.
Nazirlikdən qeyd edilib ki, elektron imzanın tətbiqi sənədin müəllifini dəqiq identifikasiya etməyə, habelə sənədin əsilliyini və bütövlüyünü təsdiq etməyə imkan yaradır.
Elektron imza olmadan bu əməliyyatların aparılması qeyri-mümkün olacaq. Belə ki, şəxs barəsində məlumatların doğruluğunu yoxlamaq üçün onun müvafiq idarələrə dəvət olunması məcburiyyəti yaranacaq.
Nazirlikdən bildirilib ki, elektron imzanın geniş tətbiqi ilə vətəndaşların doğum haqqında şəhadətnamə, vətəndaşlıq vəziyyətinin qeydiyyatı aktları, lisenziyalar və digər lazımi sənədləri almaq üçün internet vasitəsilə müraciət etmələri mümkün olacaq.
Bir sıra dövlət orqanları - Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər orqanların rəsmi internet səhifəsi vasitəsilə elektron xidmətlər göstərilir.
Bu siyahının daha da genişləndirilməsi, elektron xidmətin sahibkarlıq və biznes, iqtisadi və ticarət, sosial müdafiə və əhalinin məşğulluğu, təhsil, elm və səhiyyə, hüquq-mühafizə, miqrasiya, mədəniyyət və turizm, gənclər və idman, nəqliyyat, rabitə və digər sahələr üzrə dövlət orqanları tərəfindən göstərilən bütün xidmət növlərini əhatə etməsi üçün Prezidentin fərmanında Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən göstəriləcək elektron xidmət növlərini müəyyən etmək üçün tapşırıq verilib. Əksər xidmətlərin göstərilməsi üçün qanunla müəyyən edilmiş rüsum və digər ödənişlər nəzərdə tutulur.
Bu ödənişlərin elektron qaydada həyata keçirilməsini təmin etmək üçün dövlət orqanları müvafiq tədbirlər görəcək.
Hər bir dövlət orqanının rəsmi internet səhifəsində göstərdiyi xidmətlərə görə tutulmalı olan rüsum və digər ödənişlərin məbləği barədə informasiya yerləşdiriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL