Ən yeni “Samsung” televizorları “HDR10+” standartı üzrə sertifikasiyadan keçib
"Samsung Electronics" şirkətinin 2018-ci il model sırasına daxil olan "QLED" və "Premium UHD" televizorları "HDR10+" (High Dynamic Range – genişləndirilmiş dinamik diapazon) standartı üzrə sertifikasiyadan keçib və müvafiq rəsmi loqotiplə təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, təsviri yüksək keyfiyyətdə təmin edən "HDR10+" texnologiyası dinamik metaməlumatlardan istifadə etməklə hər səhnənin parlaqlıq səviyyəsini optimallaşdırmağa imkan verir.
Bildirilir ki, texnologiya sayəsində filmlər və digər videokontent rejissor və kinostudiyaların düşündüyü tərzdə canlandırılacaq. "HDR10+" panellərində təsvir daha dərin və realistik, maksimum parlaq, işıqlı çalarla və geniş tünd tonlarla görünəcək.
"HDR10+" texnologiyasını dəstəkləyən kontentin yaradılması ilə "Warner Bros" kinostudiyası məşğuldur. Belə materiallara evlərdə artıq bu il ərzində baxmaq mümkün olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL