“Samsung” böyükölçülü displeyə malik yeni smartfonunu təqdim edib
"Samsung" şirkəti Hindistanda "Galaxy A8 Star" adlı yeni smartfonunu təqdim edib. Bu, böyükölçülü displey və ikiqat əsas kameraya malik çərçivəsiz smartfondur.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Samsung Galaxy A8 Star" aparatı 6,28 düymlük "Full HD+" (1080 x 2220 piksel) təsvir ölçülü "Super AMOLED" displey, 16+24 meqapiksellik əsas kamera və 24 meqapiksellik ön kamera ilə təchiz edilib. Arxa panelə quraşdırılmış barmaq izi skanerindən başqa, istifadəçinin sifəti üzrə smartfonu blokdan çıxartmaq imkanı mövcuddur.
Yeni smartfon səkkiznüvəli "Qualcomm Snapdragon 660" prosessoru, 6 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili fləş yaddaşla ("microSD" yaddaş kartı vasitəsilə 256 QB-dək artırmaq olar) təchiz edilib. Sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorun tutumu 3700 milliamper/saat təşkil edir.
İki SİM kart, "4G VoLTE", "Wi-Fi 802.11ac" (2.4/5GHz), "Bluetooth 5 LE", "GPS+QLONASS", "NFC" dəstəklənir. Smartfonun ölçüsü 162,4 x 77 x 7,55 mm, çəkisi isə 188 qram təşkil edir. Aparat "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.
"Samsung Galaxy A8 Star" smartfonunun qiyməti 500 ABŞ dolları təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL