Yaponiyada uçan avtomobillər üçün qaydalar hazırlanır
Yaponiyada uçan avtomobillər üçün qaydalar tərtib edəcək və onları həyata keçirəcək qurum yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, məlumata görə, “Airbus”, “Boeing”, “Toyota”, “NEC”, “Cartivator”, “ANA Holdings”, “Japan Airlines” və “Uber Technologies” daxil olmaqla 21 şirkət sözügedən quruma üzv daxil edilib. Həmin qurumun ilk iclası 29 avqust 2018-ci il tarixinə planlaşdırılıb.
2018-ci ilin iyulunda Yaponiya hökuməti ictimai uçan nəqliyyat vasitələrini aktiv şəkildə inkişaf etdirmək niyyətini açıqlayıb. Yaponiyada belə avtomobillərin ilk uçuşları 2020-ci ilə planlaşdırılıb. Uçan avtomobillər ilk öncə təbii fəlakətlər zamanı, həmçinin yolların sıradan çıxması zamanı yaşayış məntəqələri arasında hərəkət üçün tətbiq ediləcək.
Yaponiya hökuməti hesab edir ki, uçan avtomobil və hava taksilərindən istifadə yollarda tıxac problemini həll edəcək və sərnişindaşımanı sürətləndirməyə imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL