waplog

Qlobal televizor bazarının vəziyyəti bəlli olub


Koreyanın “Samsung” və “LG” istehsalçılarının qlobal televizor bazarında payı təxminən 50%-ə yaxındır. Bu haqda “IHS Markit” analitik şirkətinin 2018-ci ilin birinci yarısı üçün hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 2018-ci ilin birinci yarısında dünyada 99 milyon televizor satılıb ki, bu da ötən illə müqayisədə 7,9% daha çoxdur. Qlobal televizor tədarükünün 29%-i “Samsung Electronics”, 17,5%-i isə “LG Electronics” şirkətlərinin payına düşür. İki şirkətin qlobal televizor bazarında ümumi bazar payı 46,5%-ə bərabərdir. Xatırladaq ki, 2017-ci ildə bu göstərici 41,1% olub.
 
Çinin “Hisense” (5,7%) və “TCL” (5,6%) şirkətləri müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürürlər.
 
Analitiklərin məlumatına görə, qlobal televizor bazarında “Samsung” şirkəti 12 ildir liderliyini qoruyub saxlayır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL