waplog

“Facebook”un video platforması artıq bütün istifadəçilər üçün əlçatandır


1 il əvvəl ABŞ-da işə salınmış və "YouTube"a rəqib olan "Facebook"un video platforması bütün istifadəçilərə əlçatan olub. Bu gündən etibarən Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiya vətəndaşları yeni "Watch" xidmətindən istifadə edə bilərlər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, gələn ay Argentina, Belçika, Boliviya, Çili, Kolumbiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Salvador, Fransa, Almaniya, Qvatemala, Honduras, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, İsveçə və Tailandda video platforma əlçatan olacaq. Yaxın aylar ərzində "Watch" xidmətinin başqa ölkələrdə də əlçatan olacağı gözlənilir.
 
ABŞ-da yeni xidmət ötən il avqustun 10-da istifadəyə verilib. 2018-ci ilin əvvəlindən etibarən "Watch" xidmətində videolara ümumi baxış vaxtı 14 dəfə yüksəlib. Hazırda xidmətin aylıq auditoriyası 50 milyondan çoxdur.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL