Dünyada ilk 8K təsvir ölçülü OLED televizor təqdim edilib
31 avqust - 5 sentyabr tarixində Berlində keçiriləcək “IFA 2018” sərgisinin açılışı ərəfəsində “LG Electronics” şirkəti dünyada “8K” (7680 x 4320) təsvir ölçülü ilk OLED televizoru təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 8K təsvir ölçülü “LG OLED TV” modelinin diaqonalı 88 düym təşkil edir, panel 33 milyon öz-özünə işıqlanan piksellərdən ibarətdir.
Xatırladaq ki, OLED panellər ənənəvi maye kristal ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Orqanik işıq diodları özləri işıq saçırlar, deməli, işıqlandırmaya ehtiyac yoxdur. Bundan başqa, belə ekranlar kiçik qalınlığa malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL