Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər
“Google”un mühəndislərdən ibarət komandası tərəfindən işlənib hazırlanmış süni intellekt zəlzələdən sonra baş verə bilən təkrar seysmik təkanları proqnozlaşdıra bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır ki, bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Alimlər tərəfindən afterşokların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəsi, hələ ki, çox azdır.
“Google AI” bölməsinin tədqiqatçıları bu problem həll etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Alimlər afterşokların baş verə biləcəyi yeri öncədən proqnozlaşdırmağa cəhd etmək üçün dərin kompüter təlimi alqoritmlərinin köməyi ilə dünyada baş vermiş zəlzələlərin məlumat bazasını təhlil ediblər. Hazırlanmış sistem, hələ ki, çox dəqiq işləmir, amma mövcud metodlarla müqayisədə təkrar zəlzələlərin yerini daha yaxşı proqnozlaşdıra bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL