Almaniyada Milli Kibermühafizə Mərkəzi yaradılıb
Almaniyada Milli Kibermühafizə Mərkəzi (NCAZ) rəsmi fəaliyyətə başlayıb. Mərkəzin işi haker hücumlarının vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də bir sıra federal qurumların kibercinayətkarlıqla mübarizə istiqamətində fəaliyyətinin əlaqələndirilməsindən ibarət olacaq.
Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix NCAZ-ın açılışına həsr edilmiş tədbirdə çıxış edərkən informasiya infrastrukturunun qorunmasını XXI əsrin ən mühüm məsələlərindən biri adlandırıb. O qeyd edib ki, kompyuter sistemlərinin zəif nöqtələri mövcuddur və mütəşəkkil cinayətkarlıq, eləcə də ekstremistlər bundan getdikcə daha fəal istifadə edir.
Yeni qurum İnformasiya texnikası sahəsində təhlükəsizlik üzrə federal idarənin (BSI) himayəsi altında fəaliyyət göstərəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL