“Apple” şirkəti “iPhone 8” smartfonunun qüsurunu etiraf edib
“Apple” korporasiyası “iPhone 8” smartfonlarının qüsurlu partiyasını aşkar edib. Həmin qurğularda sistem lövhəsi xarabdır.
Korporasiyanın saytında texniki dəstək səhifəsində yazılıb ki, istehsal qüsuru 2017-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya və başqa ölkələrdə satılmış az sayda qurğuda qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, zavod qüsuruna görə sözügedən telefonlar birdən yenidən yüklənə, dona, hətta açılmaya bilər.
“Apple” korporasiyası qüsurlu smartfonları ödənişsiz təmir etməyə dair söz verib. Bundan başqa qeyd edilib ki, bu problem “iPhone 8 Plus” və şirkətin başqa modellərində qeydə alınmayıb.
Korporasiyanın saytında təmirə ehtiyacı olan “iPhone 8” modelləri haqda öyrənmək olar. Bunun üçün qurğunun alındığı region və seriya nömrəsini qeyd etmək lazımdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL