Dünyada İT məhsullarının 33%-i internet üzərindən satılır
“GfK” şirkətinin araşdırmasına görə, 2018-ci ilin birinci yarısında dünyada İT məhsullarının 33%-i internet üzərindən satılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Avropa bazarında texnologiya məhsulları satışının 25%-i elektron ticarətin payına düşür.
Asiya-Sakit okean regionu ölkələri, ilk növbədə Çin (bu ölkənin elektron ticarət bazarında 23% artım qeydə alınıb) qlobal onlayn satış həcminin artımına böyük töhfə veriblər. 2018-ci ilin birinci yarısında Çində texnologiya məhsullarının onlayn satış payı 30%-i ötüb.
İnternetin nüfuzetmə səviyyəsi 80%-dən yuxarı olan ABŞ və Avropadan fərqli olaraq, Çində bu göstərici xeyli aşağıdır, çünki ölkə əhalisinin çox hissəsi kənd yerində yaşayır.
Bununla belə, Çinin infrastrukturuna yatırılan investisiyalar internetdən istifadənin artımı üçün təməl hazırlayır ki, bu da öz növbəsində, onlayn satışların artmasına imkan yaradacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL