waplog

Virtual reallıq qurğularının tədarük həcmi kəskin azalıb


“IDC” şirkətinin analitikləri 2018 il aprel-iyun aylarında virtual reallıq (virtual reality, VR) qurğularının qlobal tədarük həcminin 34% azalmasını qeydə alıblar. Ancaq ekspertlər bu azalmanın müvəqqəti olduğuna və yeni “Oculus Go” və “HTC Vive Pro” modellərinin yaxın rüblərdə virtual reallıq bazarında artım qeydə alınmasına kömək edəcəyinə əmindirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfonlarla birgə işləyən və öz displeyi olmayan virtual reallıq qurğularına ilk öncə yüksək tələbat olub, amma vaxt keçdikcə belə modellərə maraq azalmağa başlayıb. Məsələn, 2017-ci ilin ikinci rübündə displeyi olmayan VR qurğularının tədarük həcmi 1 milyona yaxınlaşdığı halda, 2018-ci ilin müvafiq rübündə tədarük həcmi 409 min təşkil edib.
 
Kompüterlə birgə işləyən (“Tethered VR”) VR-qarnitur seqmentində 37%-lik azalma qeydə alınıb. Kateqoriyanın lideri “HTC” şirkəti təxminən 111 min belə qurğu, “Oculus” və “Sony” şirkətləri isə müvafiq olaraq 102 və 93 min qurğu tədarük ediblər.
 
 
Eyni zamanda avtonom VR-qurğuların tədarük həcmi kəskin artıb: illik hesablama üzrə artım təxminən 418% təşkil edib. Əsasən, “Oculus Go” və “Xiaomi Mi VR” modelləri artımı təmin ediblər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL