Dünyada ən böyük külək elektrik stansiyası inşa edilib
İngiltərənin şimal-qərb sahilində dünyada ən böyük külək elektrik stansiyası işə salınır. Bu haqda “Reuters” informasiya agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, 659 mvt gücündə “Walney Extension” elektrik stansiyası 600 min evi elektrik enerjisi ilə təmin edəcək. Elektrik stansiyasının sahəsi 145 kv.km-ə bərabərdir ki, bu da təxminən 20 min futbol meydançasının sahəsinə bərabərdir.
“Walney Extension” stansiyası “Siemens Gamesa” və “MHI Vestas” şirkətləri tərəfindən qurulmuş 87 turbinlə təchiz edilib. Həmçinin qeyd etmək lazımdır ki, 195 metr yüksəklikdə qurulmuş 40 mvt gücündə “MHI Vestas” turbinləri dünyada ən böyük külək turbinləridir.
Hazırda Böyük Britaniya dəniz külək enerjisinin hasili üzrə dünyada liderdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL