Bakıda MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb
Bakıda keçirilən MDB ölkələri üçün ilk kibertəhlükəsizlik üzrə regional təlimlər çərçivəsində iki gün ərzində kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri yoxlanılıb.
Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Avropa və Asiya daxil olmaqla 14 ölkənin 75-dən artıq mütəxəssisi kibertəhlükəsizlik üzrə təcrübəli ekspertlərin nəzarəti ilə öz bilik və bacarıqlarını sınayıblar.
Ümumilikdə 14 komanda formalaşdırılıb. Komandalar 6 müxtəlif ssenari üzrə verilən tapşırıqları yerinə yetiriblər.
Xatırladaq ki, sözügedən təlimlər Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə keçirilir.
Sentyabrın 3-dən start verilən təlimlər bu gün öz işini yekunlaşdırıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL