waplog

“Samsung” şirkəti “Galaxy Note 5” və “S6 Edge Plus” qurğuları üçün yeniləmələrin çıxarılmasını dayandırıb


“Samsung” şirkəti artıq “Galaxy Note 5” və “Galaxy S6 Edge Plus” modelləri üçün aylıq yeniləmələr və təhlükəsizlik paketləri çıxarmayacaq. Bu haqda “Sam Mobile” portalı məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən qurğuların dəstəklənən modellər siyahısından çıxarılması haqda ilk dəfə cari ilin yazında məlum olmuşdu.
 
“Note 5” və “S6 Edge Plus” cihazları üçün son yeniləmə avqustun sonunda çıxarılıb.
 
Bu halda istehsalçı təhlükəsizlik sistemində kritik boşluq aşkar etdikdə bu qurğular üçün yeniləmələrin çıxarılması mümkündür.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL