waplog

“Google” şirkəti URL-ünvanlardan imtina edə bilər


“Google”un mühəndisləri saytların identifikasiyası üçün URL-ünvanlardan imtina etməyə imkan verən yeni üsullar hazırlayırlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “unian.net” resursuna istinadən yazır ki, şirkətin nümayəndələrinin fikrincə, URL-ünvanın indiki formatı köhnəlib. Bundan başqa, URL-ünvanlar təhlükəli ola bilər, çünki əksər smartfonlarda onlar tam göstərilmir ki, bu da hakerlərə saytların ünvanını dəyişdirməyə imkan verir. “Google” yeni həllini payızda, yaxud 2019-cu ilin əvvəlində nümayiş etdirəcək.
 
Hazırda “Google Chrome” brauzeri təxminən 2 milyard dəfə yüklənilib, bu halda 1 milyard nəfər hər ay brauzerdən istifadə edir. “Statcounter”in məlumatına görə, cari ilin avqustunda dünyada “Google” axtarış sisteminin payı 59,69% təşkil edib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL