waplog

Çində ikinci internet-məhkəmə istifadəyə verilib


Pekində Çin ərazisində ikinci internet-məhkəmə istifadəyə verilib.
 
Bu məhkəmə növü iddiaçı və cavabdehin iştirakını nəzərdə tutmur. Bütün məhkəmə prosedurlarını instansiyanın saytında həyata keçirmək olar. Məhkəmə dinləmələri və hökmün çıxarılması, həmçinin real vaxt rejimində videoyayım vasitəsilə onlayn keçiriləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məhkəmədə internetlə bağlı işlərə (məsələn, onlayn ticarətdə fırıldaqçılıq  halları, onlayn borc müqavilələri üzrə mübahisələr, müəllif hüquqlarının pozulması və s.) baxılacaq.
 
İlk belə məhkəmə ötən ilin avqustunda Xançjou şəhərində əlçatan olub.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL