waplog

“Galaxy Note 9” qurğusunun kamerası dünyada ilk üçlükdə qərarlaşıb


Mütəxəssislər stilusla təchiz edilmiş qabaqcıl smartfonun kamerasını sınaqdan keçiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, nüfuzlu “DxO Mark” nəşrinin mütəxəssisləri “Samsung Galaxy Note 9” smartfonunun kamerasını qiymətləndiriblər. Bu aparat nəşr tərəfindən tərtib edilmiş reytinqdə ikinci yeri tutub.
 
Fotoçəkilişin keyfiyyətinin yoxlanılması sınağında sözügedən aparatın kamerası 107, videoçəkilişin keyfiyyətinin yoxlanılması sınağında isə 94 bal toplayıb.  Smartfon ümumilikdə 103 bal ilə qiymətləndirilib.
 
“Samsung Galaxy Note 9” qurğusunun kamerası reytinqdə “Huawei P20 Pro” (109 bal) cihazından sonra ikinci yerdə qərarlaşıb. “Samsung Galaxy S9+” və “iPhone X” smartfonları reytinqdə növbəti pillələri bölüşdürüblər.
 
Məlumat üçün bildirək ki, “Note 9” smartfonu avqustda təqdim edilib. Sözügedən smartfon güclü kameradan başqa uzun müddət avtonom işləmə, məlumatların yüksək sürətlə ötürülməsi kimi xüsusiyyətlərə və təkmilləşdirilmiş “S Pen” stilusuna malikdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL