waplog

Azərbaycan startapı Cənubi Koreyanın məşhur şirkəti ilə partnyor oldu


Xəbər verdiyimiz kimi, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində təşkil edilən "ITU Telecom World 2018" beynəlxalq sərgi-konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.


Nümayəndə heyətinin tərkibində yerli startaplar da təmsil olunurlar.
 

"Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunu ilə tanınan "CustomAR" şirkətinin virtual realıq texnologiyaları sərgi-konfransın iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Milli Pavilyonunda yer alan şirkət artıq özünə yeni partnyorlar qazanıb.
 

Belə ki, "CustomAR" şirkəti ilə Cənubi Koreya Respublikasının "Frontis" şirkəti arasında virtual reallıq texnologiyalarının inkişaf etdirilməsi, həmçinin Yaxın Şərq regionu üzrə layihələrin icrasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.
 

"CustomAR" şirkəti tərəfindən memorandumu şirkətin rəhbəri Fərid Davudov, digər tərəfdən isə "Frontis" şirkətinin icraçı direktoru Çunq Hun-Seuk imzalayıb.
 

Xatırladaq ki, "Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyununun yaradılması zamanı 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi "Lələ Təpə" yüksəkliyindən ilhamlanılıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL