waplog

Şəhərlərarası uçuşlar üçün hava taksisinin uğurlu sınağı keçirilib


İngiltərənin "Vertical Aerospace" startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin uğurlu sınağını keçirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, "Vertical Aerospace" uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 km təşkil edir. Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.

Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL