Bu ölkədə “iPhone” smartfonlarının satışı qadağan edilə bilər
Cənubi Koreyada "iPhone" və "iPad" cihazlarının satışı qadağan edilə bilər. "Apple" şirkəti patent hüququnu pozmaqda şübhəli bilinir.
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna məxsus olan patentdən qeyri-qanuni istifadə halı ilə bağlı təhqiqata başlayıb.
Məlumata görə, məsələ mikroprosessorların yaradılması üçün texnologiya ilə bağlıdır. Həmin texnologiya "iPhone" və "iPad" cihazlarının son modellərinin istehsalında istifadə olunub. Patentdən qeyri-qanuni istifadə faktı sübut edilsə, o zaman Cənubi Koreyada "iPhone X", "iPhone 8" və "8 Plus", həmçinin "iPad Pro" qurğularının satışı qadağan ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL