waplog

BTİ milli kibertəhlükəsizliyin təmin edilməsi üzrə təlimat dərc edib


Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunications Union, ITU) dövlətlərin milli kibertəhlükəsizlik strategiyalarının yaradılması və həyata keçirilməsi prosesinə kömək məqsədilə “Milli kibertəhlükəsizlik strategiyalarının hazırlanması üzrə təlimat” (National Cybersecurity Strategy Guide) dərc edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Securitylab” resursuna istinadən yazır ki, təşkilatın məlumatına görə, direktiv orqanlar sənəd vasitəsilə ölkədə konkret vəziyyəti, mədəni və sosial dəyərləri nəzərə alan, eləcə də inkişaf etmiş İKT infrastrukturuna malik mühafizəli, dayanıqlı cəmiyyətin qurulmasını təşviq edən strategiyalar hazırlaya biləcəklər.

Bildirilir ki, təlimat müxtəlif hökumət və beynəlxalq təşkilatların, eləcə də özəl sektor nümayəndələrinin, o cümlədən Telekommunikasiya Təşkilatları Birliyinin (Commonwealth Telecommunications Organisation), Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin, Oksford Universitetinin, “Microsoft” korporasiyasının, NATO-nun və s. köməyi ilə hazırlanıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL