waplog

Pentaqon yeni telekommunikasiya sistemi hazırlayır


ABŞ Müdafiə Nazirliyi yeni “Molar Mic” telekommunikasiya sisteminin hazırlanmasına 10 milyon dollar yatıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Securitylab” resursuna istinadən yazır ki, məlumata görə, səslərin sümük keçiricilik qabiliyyətindən istifadə edən simsiz “diş mikrofonu” ağıza yerləşdirilərək ikitərəfli rabitəni təmin edir. Həmçinin miniatür qurğu arxa dişlərə bərkidilir, dişlərə taxılma isə fərdi şəkildə həyata keçirilir. “Molar Mic” sukeçirməzdir və mikrofon və dinamik kimi işləyərək səsin “gizlicə” çənə və kəllənin sümükləri vasitəsilə bilavasitə daxili qulağa ötürülməsini təmin edir. Sümük keçiricilik qabiliyyəti təkcə “Molar Mic” qurğusunun gizliliyini təmin etməyəcək, eyni zamanda ətrafdakı səslərin eşidilməsini itirmədən danışıqlar aparmağa imkan verəcək.

Mütəxəssislərin sözlərinə görə, yeni qurğu yüksək kənar səs-küy (məsələn, işə salınmış vertolyot mühərrikləri fonunda) zamanı səsi duya bilir. Siqnalın ötürülməsi boyunda quraşdırılan “Tactical Neckloop” qurğusu və “Near-Field Magnetic Induction” (NFMI) texnologiyası vasitəsilə həyata keçirilir. Akkumulyatoru simsiz enerjidoldurmanı dəstəkləyən “Molar Mic” qurğusunun idarə edilməsi üçün kiçik pult nəzərdə tutulub.

Yeni texnologiya Əfqanıstanda hərbi əməliyyatlarda və “Harvi” qasırğasından zərərçəkmiş insanların xilas edilməsi üzrə əməliyyatlar zamanı uğurla sınaqdan keçirilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL