Dünya çempionu İsveçrəyə gedir
“Rabitə” Çempionlar Liqasına və Azərbaycan çempionatına hazırlıq üçün ölkə xaricinə üz tutacaq. Klubun mətbuat xidmətindən verilən məlumata görə,dünya çempionları oktyabrın 30-da təlim-məşq toplanışı keçmək üçün İsveçrəyə yollanacaq.
Komandamızın Surixdəki hazırlığı 2 həftə davam edəcək. “Rabitə” bu ölkədə “Volero” ilə bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, təmsilçimiz səfərə tam heyətlə yollanmayacaq. “Rabitə”nin üzvlərindən bir neçəsi bugünlərdə start götürəcək Olimpiya təsnifat turnirinin seçmə mərhələsi və Dünya Kubokunda yığmalarına kömək edəcəklər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL