Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb
Çinin "Xiaomi" şirkətinin dəstəklədiyi "Huami" brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan "Huangshan No. 1" (MHS001) prosessorunu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, çip süni intellekt vasitələrinə malik ilk məhsul hesab edilir. Söhbət inteqrasiya edilmiş neyron şəbəkəsindən gedir.
Bildirilir ki, prosessor 4 süni intellekt proqramına malikdir. Onlar ürək ritminin analizi, elektrokardioqram çəkilişi və s. kimi funksiyalara görə məsuliyyət daşıyırlar.
Yeni çip "RISC-V" arxitekturasından istifadə edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, prosessor az enerji sərf edir ki, bu da daşınan qurğuların avtonom iş vaxtını artırmağa imkan verəcək.
"Huangshan No. 1" (MHS001) platformalı qurğular real vaxt rejimində çoxlu əməliyyat yerinə yetirə biləcəklər. Məsələn, istifadəçinin hərəkətlərinin izlənməsi, biometrik identifikasiya, müxtəlif bildirişlərin göstərilməsi və s.
Yeni çiplə təchiz edilən ilk daşınan qurğuların 2019-cu ildə işıq üzü görəcəyi gözlənilir. Belə qurğuların nümayişi isə növbəti ilin birinci-ikinci rübünə planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL