waplog

“Samsung” şirkəti “Galaxy J4+” və “J6+” smartfonlarını təqdim edib


“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+” adlı modellər 720x1480 piksel təsvir ölçülü 6 düymlük displey, 3300 milliamper/saat tutumlu akkumulyator və 4 nüvəli prosessorla təchiz ediliblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” resursuna istinadən yazır ki, “Galaxy J6+” smartfonu 3/4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq daxili fləş yaddaşa malik versiyalarda, “Galaxy J4+” aparatı isə 2+16 QB və ya 3+32 QB-lıq versiyalarda əlçatandır.
 
“Galaxy J6+” smartfonunun kənar tərəfində barmaq izləri skaneri quraşdırılıb, 13+5 meqapiksellik ikiqat əsas kamera ilə təchiz edilib. Qara, gümüşü və qırmızı rəngli korpuslarda əlçatandır. “Galaxy J4+” aparatında barmaq izləri skaneri mövcud deyil, 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Qara, qızılı və qırmızı rəngli korpuslarda əlçatandır. “NFC” texnologiyasının dəstəklənməsi regiondan asılıdır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL