waplog

“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib


İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı Belçikada keçirilən müzakirələrdə “DNS” özək zonası üçün kriptoqrafik açarın dəyişdirilməsi planını təsdiq edib. Açarın yenilənməsi oktyabrın 11-də koordinasiya edilmiş ümumdünya vaxtı (UTC) ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, təşkilat nümayəndələrinin sözlərinə görə, şəbəkə operatorları və ya internet provayderləri açarın dəyişdirilməsinə hazır olmasa, bir sıra istifadəçilər zərər çəkə bilər, lakin hər şey qaydasında olsa, əksər istifadəçilər “DNS” özək zonasına çıxış imkanı ilə təmin ediləcək.  

Qeyd olunur ki, domen adları və ya “DNSSEC” informasiyasının təhlükəsizlik sisteminin genişləndirilməsinin yoxlanışını işə salan operatorlar açarın dəyişdirilməsinə hazır olmalarını yoxlamalıdırlar.

Təşkilat nümayəndələri hesab edir ki, açarın dəyişdirilməsi mənfi nəticələrə səbəb olmayacaq. “ICANN” vitse-prezidenti Mett Larsonun sözlərinə görə, təşkilat hər şeyin maksimum yaxşı keçməsi üçün əlindən gələni edir. O əlavə edib ki, oxşar prosedurlar gələcəkdə də həyata keçiriləcək.

“DNSSEC” – “DNS” informasiyasına qəsdən edilməyən və ya qəsdən edilən dəyişikliklərin olmamasının təsdiqi üçün istifadə edilən təhlükəsizlik protokollar dəstidir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL