2018-ci ildə dünyada süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək
“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada süni intellekt sürətləndiricisi ilə təchiz edilmiş smartfonların payı 30%-i ötəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” resursuna istinadən yazır ki, daxili süni intellekt çipləri ilə təchiz edilmiş “HiSilicon Kirin 980” və “Apple A12 Bionic” mobil prosessorlarının çıxarılmasından sonra belə proqnoz verilib.
Hazırda smartfonlarda süni intellekt həlləri əsasən şəkillərin tanınması və emalında istifadə olunur, ancaq gələcəkdə artırılmış reallıq əlavələri əsas rol oynayacaq. Bununla əlaqədar olaraq smartfon istehsalçıları və proqram təminatı tərtibatçıları müştəriləri cəlb etmək və rəqibləri geridə qoymaq üçün artıq yeni süni intellekt təklifləri hazırlamalıdırlar.
2018-ci ilin oktyabr-dekabr aylarında smartfonlarda aparat süni intellekt sürətləndiricilərinin proqram həlli ilə müqayisədə daha geniş yayılacağı gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL