“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq
“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz dərclərinin müəyyən ölkə və regionlarda göstərilməsini gizlətməyə imkan verəcək funksiya üzərində işləyir. Bu haqda “The Next Web” nəşri “Twitter”də proqramçı Ceyn Vonqun yazısına istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” resursuna istinadən yazır ki, Vonqun yazısına bərkidilmiş ekran görüntüsünə əsasən, “Instagram” istifadəçiləri öz dərclərinin göstəriləcəyi ölkələri seçə biləcək. Bu yeniliyi, ehtimal ki, ən çox elan verənlər qiymətləndirəcək, çünki indi onlar elanların yalnız müvafiq ölkələrdə göstərilməsini təyin edə biləcək.
Ancaq “The Next Web” nəşrinin məlumatına görə, hələ ki xidmətin nümayəndələri yeni funksiya üzərində iş aparılmasını rəsmən təsdiq etməyib.
Məlumat üçün bildirək ki, cari ilin iyununda “Instagram” xidmətinin “Android” üçün mobil proqramının yüngül versiyası istifadəyə verilib. “Instagram Lite” mobil proqramı qurğuda daha az yer tutur, mobil trafikə qənaət etməyə imkan verir və daha sürətli işləyir. “Instagram Lite” funksionalı “Stories”də şəkilləri və yox olan yazıları dərc etməyə imkan verir, ancaq videoyazıların dərci və “Direct” bölməsi vasitəsilə mesajların göndərilməsi, hələ ki, əlçatmazdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL