waplog

“Apple” rəhbəri yeni “iPhone” modellərinin nəyə görə baha olmasını izah edib


“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması ilə izah edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, onun sözlərinə görə, “iPhone XS” və “XS Max” modelləri istifadəçi üçün bütün digər qurğuları əvəz edə bilər.

“Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb”, - T.Kuk qeyd edib.

“Apple” şirkəti tərəfindən yeni “iPhone XS”, “XS Max” və “XR” modelləri sentyabrın 12-də təqdim olunub.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL