waplog

Ən yaxşı smartfon məlum olub


ABŞ-da “Consumers Union” adlı qeyri-kommersiya təşkilatının nəşri olan “Consumer Reports” resursu avqustun sonunda satışa çıxarılmış “Samsung Galaxy Note 9” smartfonunu sınaqdan keçirib və onun nəticəsini dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, sınaqların nəticəsinə görə, “Samsung Galaxy Note 9” aparatı “Consumer Reports” tərəfindən tərtib edilmiş reytinqin lideri olub.
 
Sözügedən aparatın əsas üstünlükləri möhkəmliyi, uzun müddət avtonom işləməsi və kameralarının çəkiliş keyfiyyətidir. Smartfon 100 dəfə yerə düşməyə tab gətirib və sınmayıb. Aparat 29 saat avtonom işləmə müddətinə malikdir. Bu, rekord göstərici deyil, amma “Consumer Reports” reytinqində yer almış smartfonlar arasında çox az qurğu, daha çox avtonom işləmə müddətinə malikdir. Ekspertlər aparatın ölçüsünün böyük və qiymətinin baha olmasını onun mənfi cəhəti kimi qeyd ediblər.
 
Lakin “Consumer Reports” nəşrinin əməkdaşları qeyd edirlər ki, “iPhone XS” və “iPhone XS Max” smartfonları “Samsung Galaxy Note 9” cihazını lider mövqedən sıxışdırmaq üçün bütün şanslara malikdir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL