waplog

“Intel Core i5” səviyyəli prosessor yaradılıb


Çinin “Zhaoxin” şirkəti “x86” arxitekturası əsasında “Intel” və “AMD” məhsulları ilə rəqabət aparacaq “KX-6000” prosessorunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, masaüstü kompüter, noutbuk və serverlər üçün hazırlanan yeni prosessor “Hyper-threading” texnologiyasını dəstəkləmədən yeddinci nəsil “Intel Core i5” prosessorları ilə müqayisə ediləcək məhsuldarlığı təmin edir.

Məlumata görə, 16 nanometrlik “FinFET” texnoloji prosesi üzrə istehsal edilən “KX-6000” prosessoruna 3 QHs takt tezlikli dörd və ya səkkiz nüvə, ikinci səviyyəli 8 meqabaytlıq quraşdırılmış yaddaş daxildir və ikikanallı “DDR4-3200” yaddaşını dəstəkləyir.

Müqayisə üçün qeyd edək ki, əvvəlki “Zhaoxin” məhsulu – “KX-5000” prosessoru 26 nanometrlik texnoloji proses üzrə istehsal edilib, dördnüvəli və 2 QHs takt tezlikli olub.  

“KX-6000” prosessorunun satışa çıxarılma müddəti və təxmini qiyməti barədə məlumat verilmir.
“Zhaoxin” Çin hökuməti və “Via Technologies” şirkətinin birgə müəssisəsidir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL