BMT sosial layihələr üçün blokçeyndən yararlanacaq
BMT sosial layihələr üçün blokçeyn texnologiyasından istifadə edəcək. Bu barədə BMT baş katibinin köməkçisi Haolyan Şu bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, onun sözlərinə görə, blokçeyn inkişaf etməkdə olan ölkələrə kömək üçün böyük təsirə malik olacaq texnologiyadır. “Blokçeyn əsaslı gələcək layihələr üçün BMT və “Blockchain Charity Foundation” (BCF) xeyriyyə təşkilatı arasında əməkdaşlıq haqqında razılıq əldə edilib”, - o qeyd edib.
Blokçeyndən yardıma ehtiyac duyan ölkələrə kömək üçün necə istifadə ediləcəyi barədə məlumat verilmir.
Qeyd olunur ki, “Blockchain Charity Foundation” ianələrin hara yönəldilməsini və onlardan problemlərin həlli üçün istifadə olunub-olunmadığını izləməyə imkan verən platformaya malikdir. BMT-nin bu platformadan istifadə edəcəyi gözlənilir.
Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL