waplog

7 yaşlı uşaq yenilənmiş “iOS 12” sisteminə müdaxilə etməyə müvəffəq olub


7 yaşlı uşaq "iPhone" üçün yenilənmiş "iOS 12" sisteminin yeni funksiyalarından birində boşluq aşkar edib. Bu haqda uşağın atası "Reddit" portalında yazıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, onun sözlərinə görə, uşaq valideynlərə övladlarının oyun qarşısında keçirdikləri vaxta nəzarət etməyə imkan verən "Ekran vaxtı" funksiyası tərəfindən qoyulan məhdudiyyəti keçməyə müvəffəq olub. Oyun vaxtı bitən kimi uşaq proqramı silib, sonra onu "App Store" internet mağazasında "Alış" bölməsindən yenidən quraşdırıb və məhdudiyyətsiz oynamağa davam edib.
 
Ata oğlunun oyun qarşısında daha çox vaxt keçirməsindən şübhələnib və yalnız bir neçə gün sonra ondan bunun sirrini soruşub. "Mən təsirlənmişəm" – o deyib.
 
Məlumat üçün bildirək ki, "iOS 12" əməliyyat sistemi 17 sentyabrda təqdim edilib. Yeniliklərin böyük hissəsi iş prosesinin sürəti və optimallaşdırılması ilə bağlıdır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL