Bakıda genişzolaqlı xidmətlərdən istifadə edənlərin sayı artıb
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi vətəndaşların yüksək keyfiyyətli telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən faydalanması üçün geniş tədbirlər həyata keçirir.
Birlikdən verilən məlumata görə, bu istiqamətdə genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün şəbəkənin ATS-lərində ADSL, ASAM, “Honet” avadanlıqlarının montaj tutumları 2011-ci ilin 9 ayı ərzində 42160 port artırılaraq portların sayı 86424 ədədə çatdırılıb.
Bu vaxta kimi montaj olunmuş portların 56347 ədədi (internet xidməti – 55359 ədəd, İAD avadanlığı ilə telefonların qoşulması – 867 ədəd, videotelefon – 13 ədəd və İPTV üçün – 108 ədəd) istifadəyə verilib. Cari ilin I yarımilliyində genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı 18692 ədəd artıb.
Qeyd edək ki, kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 162262 porta çatdırılmış və hazırda həmin portlardan 121380 ədədi (BTRİB – 56347 ədəd, digər provayderlər – 64376 ədəd, Datakom – 657 ədəd) abunəçilərə genişzolaqlı xidmətlərin göstərilməsində istifadə edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL