ABŞ-da ilk “5G” şəbəkəsi kommersiya istifadəsinə verilib
ABŞ-ın “Verizon” mobil rabitə operatoru dünyada ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ilk vaxtlar şəbəkəyə Hyuston, İndianapolis, Los-Anceles və Sakramento şəhərlərində qoşulmaq mümkün olacaq. Operatorun “5G Home” adlanan servisi mobil deyil, ev istifadəsi üçün nəzərdə tutulub.
Məlumata görə, “5G Home” mahiyyət etibarilə internetə kabellə qoşulmanı əvəz edəcək. Məlumatların orta ötürülmə sürəti 300 Mbit/saniyə, ən yüksək sürəti isə 1 Qbit/saniyə təşkil edəcək.
Xatırladaq ki, dekabrın 1-dən etibarən Cənubi Koreyada “5G” şəbəkəsinin kommersiya istifadəsinə veriləcəyi gözlənilir. Ölkənin 3 əsas mobil operatoru artıq bunu rəsmən təsdiq edib.
Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.
Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL