waplog

“LG” 5 kameralı “V40 ThinQ” adlı qabaqcıl smartfonunu təqdim edib


“LG Electronics” şirkəti yeni “LG V40 ThinQ” qabaqcıl smartfonunu təqdim edib. 3 qat əsas və 2 qat ön kameralar yeni smartfonun əsas özəlliyidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, əsas kamera aşağıdakı modulları özündə birləşdirir: 78 dərəcə bucağa malik f/1.5 diafraqmalı 12 meqapiksellik standart, 107 dərəcəli bucağa malik f/1.9 diafraqmalı 16 meqapiksellik genişbucaqlı, həmçinin 45 dərəcəli bucağa malik f/2.4 diafraqmalı 12 meqapiksellik telefoto. Beləliklə, genişbucaqlı və telefoto rejimləri, həmçinin ikiqat miqyası böyütmə təmin olunur. “Selfi” kamera 8 və 5 meqapiksellik modullara malikdir.
 
Smartfon tərəflər nisbəti 19.5:9 olan QHD+ (3120x1440 piksel) təsvir ölçülü 6,4 düymlük OLED ekran, arxa paneldə barmaq izləri skaneri, “Qualcomm Snapdragon 845” prosessoru, 6 QB-lıq əməli, 64 və ya 128 QB-lıq daxili fləş yaddaş, “Qualcomm Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasına malik 3300 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Aparatın fiziki ölçüləri 158,8x75,8x7,7 mm, çəkisi isə 169 qram təşkil edir. Su və tozdan qoruma “IP68” səviyyəsində, möhkəmlik “MIL-STD 810G" hərbi standartı üzrə reallaşdırılıb. “4G VoLTE”, “Wi-Fi (802.11 ac)”, “Bluetooth 5 LE”, “GPS”, “NFC” dəstəklənir, “USB Type-C 2.0” portu və 3,5 mm-lik qulaqlıq üçün konnektor mövcuddur.
 
“LG V40 ThinQ” smartfonu qara, boz, göy və qırmızı rənglərdə 900 ABŞ dollarına təklif edilir. 2018-ci il oktyabrın 18-dən aparat satışa çıxarılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL