2019-cu ildə qlobal smartfon tədarükünün həcmi 1,5 milyarda çatmayacaq
“Digitimes Research”in analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal smartfon tədarükü, ehtimal ki, 1,5 milyard qurğu göstəricisinə yaxınlaşmayacaq. Mütəxəssislər hesab edirlər ki, smartfon bazarında inkişafı sürətləndirəcək “5G” texnologiyasını dəstəkləyən modellər qabaqcıl rabitə standartı geniş yayıldıqda, yəni 2020-ci ildən sonra tələbata təsir etməyə başlayacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Digitimes Research”in əvvəlki qiymətləndirməsinə görə, 2019-cu ildə “5G” smartfonlarının tədarük həcmi, çətin ki, 1 milyonu ötsün.
Gözləntilərə görə, “5G” infrastrukturunun inkişafı ilə əlaqədar smartfon bazarında dinamika sürətlənəcək və 2020-ci ildə bu qurğuların ümumi tədarük həcmi 1,5 milyardı ötəcək, 2023-cü ildə isə 1,7 milyarda yaxınlaşacaq.
“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2022-ci ildə qlobal smartfon bazarının həcmi 1,654 milyard təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL