waplog

Smartfon üçün robot barmaq yaradılıb (VİDEO)


Fransa İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun mühəndisi Erik Lekoline robotlaşdırılmış "MobiLimb" barmağının bütün tətbiqi üsullarını nümayiş etdirən videoçarx dərc edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, xüsusi hərəkətlər vasitəsilə robot smartfona daxil olan bildirişlər və ya digər informasiya barədə xəbər verir. Qurğu ekranda baş verənləri təkrarlayaraq 4D kino effekti yaradır, smartfonun iş rejimini dəyişir, kağız üzərində şəkil çəkir, fənər funksiyasını yerinə yetirir və hətta istifadəçinin əlini sığallayır. Bundan başqa, barmaq smartfonu düz səth üzərində hərəkətə gətirir və rahat baxma üçün onu əyir.  

Məlumata görə, "MobiLimb" 5 idarəetmə mühərrikindən istifadə edərək barmağın geniş hərəkət diapazonunu təmin edir. Qurğunu standart qara plastikdən hazırlamaq və ya onu süni dəri ilə örtərək insan barmağına oxşar etmək mümkündür.

Layihənin təqdimatı "UIST 2018" konfransında planlaşdırılır.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL