Yeni şrift mətni daha yaxşı yadda saxlamağa kömək edəcək
Melburn Kral Texnologiya Universiteti insanlara oxuduqlarını yadda saxlamağa kömək edən dünyada ilk şrift hazırlayıb. “Sans Forgetica” adlanan şriftə hazırda yalnız latın əlifbası hərfləri və rəqəmlər daxildir. Yeni şrifti universitetin saytında yükləmək mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, şrift tələbələrə elmi işlər üçün materiallar hazırlamağa kömək məqsədilə yaradılıb. Avstraliya tədqiqatçılar qrupuna həm dizayn üzrə mütəxəssislər, həm də insanın davranışını öyrənən mütəxəssislər daxildir. Onlar birlikdə mətni daha yaxşı yadda saxlamağa imkan verən bir neçə şrift hazırlayıblar. Alimlər tərəfindən texnologiyaların 400 könüllü tələbə üzərində sınağı keçirilib və “Sans Forgetica” digərləri ilə müqayisədə daha yaxşı nəticə nümayiş etdirib.
Məlumata görə, yeni şriftin dizaynı koqnitiv psixologiya konsepsiyasına əsaslanır. Konsepsiya tapşırığı mümkün qədər çətinləşdirir. Belə yanaşma sayəsində beyin yeni informasiyanı daha yaxşı emal etməyə başlayır. “Sans Forgetica” simvolları sol tərəfə doğru əyilib və onların nişanları, eləcə də hər simvolda bəzi hissələr yoxdur. Bu, oxumanı yubadır və insanı hər söz barədə dərindən düşünməyə vadar edir.
Tərtibatçılar bildirir ki, şrift müxtəlif sahələrdə faydalı ola bilər. Məsələn, tələbələr onu imtahanlara hazırlıq, iş adamları isə görüşlərin cədvəlini yadda saxlamaq üçün istifadə edə bilərlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL