waplog

İlk “Facebook” qurğusu buraxılıb


“Facebook” şirkəti “Messenger” əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik “Portal” və “Portal+” “ağıllı” dinamiklərini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Portal” dinamikinin ekran diaqonalı 10 düym (25,4 sm), “Portal+” dinamikinin isə 15,6 düym (39,6 sm) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.

Məlumata görə, “Alexa” əlavəsini dəstəkləyən “ağıllı” dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirir ki, “Portal” və “Portal+” vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.

Bildirilir ki, “Facebook” qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət “Portal” və “Portal+” vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri “Facebook” serverlərində deyil, qurğularda aparılır.

Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabra nəzərdə tutulur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL