waplog

NRYTN-in dəstəyi ilə yaponiyalı ixtiraçı gənclərə “Texnologiya və sahibkarlıq” mövzusunda seminar keçirib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən yaponiyalı ixtiraçı Kohei İşiqaminiın iştirakı ilə Bakıda universitet tələbələri, texnologiya sahəsində istedadı olan məktəblilər, bu sahədə öz biznesini qurmaq istəyən gənclərə və valideynlərə seminar keçirilib.
 
İlk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları ilə gəlmiş tanınmış robotexnika mühəndisi K.İşiqami gənclərə robotlardan ibarət xüsusi hazırlanmış proqram nümayiş etdirib, həmçinin "Texnologiya və sahibkarlıq", "Humanoid robotlar", "Əşyalar interneti" mövzularında seminar keçib.
 
Nazirlik tərəfindən internet üzərindən yaradılan qeydiyyat səhifəsi vasitəsi ilə 14 yaşdan yuxarı məktəblilər və ya tələbələrin seminarda pulsuz iştirakı təmin olunub. Bunun üçün iştirakçılardan sosial şəbəkə səhifələrində (instagram, facebook və s.) #ideyadanbiznesə,  #‎i2b, #hightechpark, #itfund, #innovation heşteqləri altında robotexnika ilə bağlı kreativ statuslar paylaşmağı və paylaşdıqları statusun "skrinşot"unu qeydiyyat bölməsinə əlavə edərək müraciət etmələri xahiş olunmuşdu. Beləliklə, qeydiyyatdan keçən 41 nəfər seminarda ödənişsiz iştirak edib.  













NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL