waplog

İki yeni “Huawei” prosessoru buraxılıb


“Huawei” şirkəti süni intellekt sistemləri üçün “Ascend” prosessorlarını təqdim edib. Onlar “Qualcomm” və “NVIDIA” şirkətlərinin analoji həlləri ilə rəqabət aparacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, “Ascend 910” çipi məlumat emalı mərkəzlərində istifadə, “Ascend 310” isə smartfon, “ağıllı” saat, “Əşyalar interneti” qurğuları və s. internetə qoşulan qurğular üçün nəzərdə tutulub.

“Ascend 910” prosessoru 7 nanometrlik, “Ascend 310” isə 12 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Bundan başqa, “Ascend 310” prosessorunun maksimal enerji sərfiyyatı 8 vatt təşkil edir.  

Prosessorlar əsasında sistemlərin 2019-cu ilin ikinci rübündə satışa çıxarılması nəzərdə tutulur. Bundan başqa, növbəti ildə “Huawei” şirkətinin süni intellekt əsaslı sistemlər üçün daha 3 çipi buraxılacağı gözlənilir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL