waplog

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin cari ilin iyununda Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanın uğurlu startap layihələrinin Cenevrədə təqdimatının keçirilməsi razılaşdırılıb. Sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı da Azərbaycanın bu təşəbbüsünü dəstəkləyib və layihəyə qoşulmaq niyyətini bildirib. Bu məqsədlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təqdimat tədbirində iştirak edəcək startapların seçimi üzrə müsabiqə təşkil edilir.
 
Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin ilk turunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının, o cümlədən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş layihələrin təqdimatları dinlənilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri də iştirak ediblər.
 
Müsabiqənin növbəti turları yaxın günlərdə keçiriləcək.
 
Qeyd edək ki, ölkəmizin təqdimat tədbirinin 2018-ci il noyabrın 21-də Cenevrədə keçirilməsi nəzərdə tutulur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL